“SOCAR Methanol” bu il 186 min ton metanol istehsal edib

1504699475719918857_1000x669

“SOCAR Methanol” MMC bu il 186 min ton metanol istehsal edib.

“SOCAR Methanol”dan bildirilib ki, MMC-nin idarəçiliyi altında fəaliyyətini uğurla davam etdirən metanol zavodu cari ilin sentyabr ayına qədər proqnozlaşdırılan istehsalın 75 faizini yerinə yetirərək 186 min ton metanol istehsal edib.

İstehsal olunan məhsulun 90 faizdən çoxunu ixraca yönəldən metanol zavodu ölkənin ixrac potensialını təmin edən və gücləndirən bir müəssisədir.

2017-09-06 / 16:08
Facebook