Hesablama Palatası yarım ildə 30-a yaxın audit tədbiri həyata keçirib.
Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Bəzi audit tədbirlərinin nəticələri tam yekunlaşdırılmayıb, bəziləri isə kollegiya ərəfəsindədir. Birinci yarımillikdə təqribən 5 milyona yaxın büdcə vəsaiti dövlət büdcəsinə bərpa edilib. İl ərzində nəzərdə tutulmuş iş planı ilə bağlı nəzarət tədbirlərinin təxminən 40 faizindən çoxu artıq icra edilib. Növbəti 4 ayda da digərləri tam həyata keçiriləcək", - deyə palata sədri qeyd edib.