Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar bahalaşaraq 47,42 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 52,19 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 54,55 dollar olub.