Azərbaycan neftinin qiyməti bahalaşıb

15041566385534810010_1000x669

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 45,90 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar azalaraq 50,77 dollar təşkil edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 53,51 dollar olub.

2017-08-31 / 10:28
Facebook