Cari ilin sonuna qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan “Kurık” portundan “Ələt” portuna - Bakıya təqribən 500 min ton neft məhsullarının ixracı planlaşdırılır.
Böyük miqyaslı tranzit yolunun yaradılması haqqında müqaviləni Azərbaycan, Qazaxıstan və Gürcüstan imzalayıb. Transxəzər marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə, Ukraynadan keçməklə Avropaya qədər uzanır. Belə nəqliyyat dəhlizi əhəmiyyətli dərəcədə vaxta qənaət edir, “Kurık” portundan çıxan yük Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 18 saata nəql edilir.