Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar bahalaşaraq 46,79 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 52,10 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə dəyişməyərək 53,85 dollar olub.