“Dədə Qorqud” yarımdalma qazma qurğusunun istismara verilməsindən 21 il ötür.
Əvvəllər “Kaspmorneft” olan və ulu öndər Heydər Əliyev tərəfindən adı dəyişdirilərək Azərbaycan ədəbiyyatının ən qədim eposunun qəhrəmanı şərəfinə Dədə Qorqud adlandırılan bu qazma qurğusu keçmiş Sovet İttifaqının neft sənayesində ilk yarımdalma qazma qurğusu olub. Əsaslı modernləşdirmədən sonra istismara verilən “Dədə Qorqud” qazma qurğusu dənizdə suyun 300 metrədək dərinliyində 10 min psi (Pounds per square inch) həddinədək təzyiq altında 500 metrədək dərinliyi olan quyularda qazma işləri aparmağa qadirdir. Hazırda “Dədə Qorqud” qurğusu Xəzər dənizində BP şirkətinin öz əməliyyatlarında istifadə etdiyi 3 yarımdalma qazma qurğusundan biridir.