Tatarıstan Prezidenti “Star” neft emalı zavodu layihəsi ilə maraqlanıb

150331579043607101_1000x669

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavoduna baş çəkib.

Görüşdə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov, “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter və “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov zavodun inşasının gedişi barədə Tatarıstan Prezidentinə məlumat veriblər.

Rüstəm Minnixanovun “Star” zavoduna səfərinin məqsədi Tatarıstanda da oxşar bir layihənin həyata keçirilməsinin nəzərdə tutulmasıdır.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilən “Star” neft emalı zavodunda işlərin indiyədək 93 faizi tamamlanıb.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

2017-08-21 / 16:44
Facebook