Bir qrup İran jurnalisti Azərbaycana səfər edəcək

1499246260293150810_1000x669

İran-Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir və bu münasibətlər gələcəkdə daha intensiv xarakter alacaq.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib ki, bu günlərdə İranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi dostluq və qardaşlığımıza bariz nümunədir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xalqların bir-birini yaxından tanımasına imkan yaradır.

Diplomat, həmçinin məlumat verib ki, gələn həftə İranın müxtəlif mətbuat orqanlarını təmsil edən bir qrup jurnalist Azərbaycana səfər edəcək. KİV nümayəndələri Bakıda və rayonlarda turizm potensialı, sənaye müəssisələri və tarixi abidələrlə tanış olacaqlar. Media sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən C.Cahangirzadə deyib ki, mətbuat hər iki ölkənin ictimaiyyətini qarşılıqlı surətdə məlumatlandırmaq baxımından əvəzsiz vasitədir.

2017-07-05 / 14:29
Facebook