Stomatoloq-həkimlər “Dentist dünya simpoziumu”ndan qayıdıblar

14991688116311717842_1000x669

Koreya Respublikasının paytaxtı Seulda dünyanın 30 ölkəsinin stomatoloq-implantoloqlarının iştirak etdikləri “Dentist dünya simpoziumu” keçirilib.

Simpoziumda Azərbaycanı 11 stomatoloq-implantoloqdan ibarət nümayəndə heyəti təmsil edib.

Stomatoloq-implantoloq Azər İsmayılov müsahibəsində bildirib ki, simpoziumda əsasən tibbin son nailiyyətləri müzakirə olunub, implantologiya sahəsində mövcud problemlər və onların həlli yolları barədə təcrübə mübadiləsi aparılıb. Onun verdiyi məlumata görə, Koreya Respublikasında stomatologiya yüksək inkişaf səviyyəsinə çatıb. Yerli stomatoloqların həyata keçirdikləri diş implantları tam ağrısız və qeyri-travmatik prosedurdur. Bu baxımdan implantologiya sahəsində onların təcrübəsinin öyrənilməsinə ehtiyac var.

Ölkəmizdə iki ildir fəaliyyət göstərən “Odontos LTD” şirkətinin yardımı ilə simpoziumda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri tədbirdə Koreya Respublikasının mütəxəssisləri ilə əməkdaşlıq sahəsində razılığa gəliblər.

2017-07-04 / 16:46
Facebook