Akademik Bahadur Zeynalovun 100 illik yubileyi qeyd olunub

14987165806038727391_1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə iyunun 29-da Əməkdar Elm Xadimi, akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan “Neft-kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

Konfransıın işində İngiltərə, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanın tanınmış alimləri iştirak edirlər. NKPİ-nin direktoru, akademik Vaqif Abbasov görkəmli alimin elmi fəaliyyətindən bəhs edərək onun neft karbohidrogenlərinin maye fazada oksidləşməsi ilə sintetik neft turşuları (o cümlədən sintetik naften turşuları), onların törəmələri və digər qiymətli maddələrin alınması, eləcə də onların əsasında plastifikatorların yaradılması sahəsində xidmətlərindən danışıb.

Sonra AMEA-nın müxbir üzvü Eldar Zeynalov unudulmaz alim B.Zeynalovun keçdiyi həyat yolu və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Konfrans iyunun 30-dək davam edəcək.

2017-06-29 / 11:17
Facebook