Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar UNEC-in elmi şurasının qərarı ilə fəxri doktor adı verilib.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 12-də Aziz Sancara həsr edilən konfransda məlumat verilib.
UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, UNEC-də növbəti tədris ilindən ən yaxşı tədqiqatçı üçün “Aziz Sancar” mükafatı təsis olunub. Bundan əlavə, UNEC-də “Aziz Sancar” adına qida mühəndisliyi laboratoriyası da yaradılacaq.