Azərbaycanlı pəhləvan qardaşların çıxışı amerikalıları şoka saldı

w_1514968155566125523668_1000x669

Qubalı pəhləvan qardaşlar Amerika Birləşmiş Ştatlarının “America Got Talant” teleşousunda iştirak ediblər.

Adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən Laçın və Hüseyn Abdulhüseynovlar amerikalı tamaşaçıları da öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar.

Qardaşların layihənin ilk mərhələsində çıxışları iyulun 7-də televiziyada yayımlanıb.

Kadrlardan da görünür ki, münsiflər heyətinin 4 üzvündən ikisi olduqca təhlükəli nömrələri izləyə bilməyərək çıxışın dayandırılmasını istəyib. Azərbaycanlı pəhləvanların güc nümayişini studiyada əyləşən tamaşaçılar həyəcan və alqışlarla izləyiblər. Pəhləvan qardaşlar şounun ikinci mərhələsinə yüksəliblər.

Laçın və qardaşı Hüseyn Abdulhüseynov bundan əvvəl Ukrayna və Türkiyə televiziyalarında yayımlanan layihələrdə də iştirak ediblər.

2017-06-07 / 11:08
Facebook