Qarabağ müharibəsi əlillərinə xidmət göstərən bir qrup tibb işçisinə diplomlar təqdim olunub


149613489671713944_1000x669

“Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğı göstərən xidmət sahəsinin fəaliyyətini yüksək qiymətləndirirlər.

Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində bir qrup tibb işçisi Qarabağ müharibəsi əlillərinə yüksək səviyyədə xidmət göstərdiyinə görə diplomla təltif ediliblər.

Mərasimdə çıxış edən “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyin sədri Firudun Məmmədov məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın üzvləri müharibə əlillərinin müalicə olunduğu səhiyyə müəssisələrinə vaxtaşırı baş çəkir, onların müalicəsi ilə əlaqədar görülən işlərlə tanış olurlar. O, müharibə əlillərinin mənəvi-psixoloji problemlərinin həll olunması və onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyin sədri Etimad Əsədov bu sahədə səhiyyə işçilərinin göstərdikləri qayğının təqdirəlayiq olduğunu söyləyib.

Sonra müxtəlif səhiyyə ocaqlarında çalışan tibb işçilərinə diplomlar təqdim olunub.

2017-05-30 / 14:29
Facebook