İyunun 1-də görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Seminarın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Əmlak Məsələləri Dövlət Komitəsidir.
Bu barədə Coğrafiya İnstitutundan məlumat verilib. Tədbirdə görkəmli alim, akademik Həsən Əliyevin həyatı, elmi və ictimai fəaliyyəti, torpaq idarəçiliyində CİS-in tətbiqi, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından istifadə, Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan istifadə, Abşeronun texnogen torpaqlarının ekocoğrafi problemləri mövzularında məruzələr dinləniləcək.