Adları Mətbuat Şurasının “qara siyahısı”na daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq edilmiş KİV-lər mənzillə bağlı təqdimat verə bilməzlər.
Bu barədə mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olmuş veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun olaraq yaradılmış müvafiq komissiyaya fərdi qaydada müraciət edə bilərlər.