Ağstafalı fermerlər çuğundur sahələrindən bol məhsul götürəcəklərini proqnozlaşdırırlar


14949138686056234862_1000x669

Ağstafa rayonunda ilk dəfə olaraq cari ildən şəkər çuğundurunun əkininə başlanılıb. 300 hektar sahədə toxum səpilib. Mütəxəssislər bu il məhsulun bol olacağını proqnozlaşdırırlar. Bir hektardan təsərrüfatçılar 100 tona qədər məhsul götürəcəklərinə inanırlar.

Fermer Qədir İsgəndərov deyib: “Şəkər çuğundurunun suvarma işləri yekunlaşır. Yüksək məhsuldarlıq gözləyirik. Hektardan azı 80-100 ton məhsul götürməyi qarşımıza məqsəd qoymuşuq.”

Son illər şəkər çuğunduru əkininə maraq artmaqdadır. Ağstafalı təsərrüfatçılar, eyni zamanda, çuğunduru dəmyə ərazilərdə də yetişdirirlər. Burada da bitkinin çıxışı uğurlu alınıb. Havaların yağışlı keçməsi çuğundurun məhsuldarlığına müsbət təsir göstərir.

2017-05-16 / 11:39
Facebook