Azərbaycan dili

  “Millətin milliliyini saxlayan onun dilidir”

H.Əliyev

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsidir. Oğuz türkcəsinin ən az təhrif olunmuş forması Azərbaycan türkcəsidir.

Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilidir. Bu dildən hal-hazırda vaxtilə İraqa köçmüş (ehtimal olunur  ki, bu köç ilk orta əsrlərdə baş verib. Bir başqa ehtimala görə, köç edən türklər qədim şumerlərin qonşusu olan qədim türklərin nəslindəndir) 200 minə yaxın insan da ana dili kimi istfadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əsasən Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayırlar.

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının Cənub-qərb qolunu təşkil edir.

Azərbaycan dilində yazı 1991-ci ildən başlayaraq latın qrafikası üzrə aparılmışdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalanmışdır.
1992-ci il 22 dekabr tarixli 413 nömrəli “Dövlət dili haqqında” Qanun, 2002-ci il 30 sentyabr tarixli “Dövlət dili haqqında” Qanunla qüvvədən düşmüş, yeni qanun qüvvəyə minmişdi. 
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, 2006-cı ildən fəaliyyətə başlayan Dil Qurumu İctimai Birliyi ictimai nəzarəti həyata keçirir.

İngiltərənin Dillər üzrə Statistika Komitəsinin siyahısında Azərbaycan türkcəsi ən harmoniyalı 3-cü dildir.