Bugün

bugünHazırda Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün zəruri hüquqi və demokratik siyasi şərait mövcuddur. Bu günədək 55 siyasi partiya dövlət qeydiyyatından keçmişdir ki, onlardan 11-i parlamentdə təmsil olunur. Siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, seçkili və digər hakimiyyət orqanlarında təmsil olunurlar. Siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin və vətəndaş cəmiyyətinin inkişafında onların rolunun daha da artırılması üçün əlavə imkanlar yaradılmışdır.

Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşması cəmiyyətin strukturunda mühüm dəyişikliyə səbəb olmuş, vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır.

Hazırda ölkədə vətəndaş cəmiyyəti coşqun inkişaf dövrünü yaşayır. Azərbaycanda insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid 2700-dən artıq QHT dövlət qeydiyyatından keçmişdir və onların sayı durmadan artır. Son 10 il ərzində QHT-lərin yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, QHT-lərin maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasında qabaqcıl dünya standartlarına uyğun azad, plüralist mətbuat formalaşmaqdadır.

Beynəlxalq arenada da Azərbaycan Respublikasının uğurlu siyasəti davam etməkdədir. Buna sübut kimi 2011-ci il 25 oktyabr tarixində Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini göstərmə olar. Bu Azərabaycan diplomatiyasının bütovlükdə isə həyata keçirilən xarici siyasət strategiyamızın qələbəsi idi.

bugunBu gün Azərbaycan informasiya texnologiyalarının istifadəsinə görə dünyanın qabaqcıl dövlətləri sırasındadır. Bunun təsdiqi kimi Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"-nin 2013 il fevral ayının 8 də orbitə buraxılmasını və fevralın 19- da orbital mövqeyinə çatmasını göstərmək olar.

Bu hadisə ilə bağlı və ümumiyyətlə, İKT sahəsinə verilən diqqətə və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Prezident İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.
Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul edilən dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu  demək kifayətdir ki, hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Tam əminliklə demək olar ki, Azərbaycanda keçid dövrü artıq başa çatmışdır.

Sərbəst bazar münasibətlərinə və siyasi plüralizmə söykənən, öz qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem bərqərar olmuşdur. Səmərəli iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun formalaşdırılması başa çatmaq üzrədir. Əhalinin etibarlı sosial müdafiə sistemi qurulmuşdur və bu sistem daha da təkmilləşdirilməkdədir.

bugun

Sosial həyatın aktiv hissələri olan mədəniyyət və idmanda da dünya səviyyəsində nailiyyətlər əldə etməkdə davam edirik. Musiqi aləminin vacib yarışmalarından biri olan Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən “Ell və Nikki” dueti 2011 - ci ildə birincilik əldə etdi, və bu cür mötəbər tədbir 2012 - ci ildə Azərbaycanda keçirildi. Avrovision musiqi yarışması sayəsində Azərabaycan bütün dünyaya zəngin mədəni irsə malik olduğunu bir daha nümayiş etdirdi.

idmanİdman sahəsində idmançılarımızın uğurlarından biri 2012 -ci il London Yay Olimpiya oyunlarında qazanılmış müxtəlif əyarlı 10 medalla 205 ölkə arasında 30 - cu yeri tutması olmuşdur. Bu uğurun davamı olaraq FİFA U - 17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə məhz Azərabaycanda 22 sentyabr - 13 oktyabr 2012 - ci ildə keçirildi. Bu Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutmuş ilk U - 17 Qadınlararası Dünya Çempionatı oldu.

Hal - hazırda sosial həyatın bütun sahələrində inkişafın təmin oluması məqsədilə dövlətimiz tərəfindən məqsədyönlü strategiya uğurla həyata keçirilir.