Regionların sosial-iqtisadi inkişafı

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdi.

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir.

regional inkişaf

Regionların inkişafına dair birinci  Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də ikinci konsepsiya - «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.

Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını təmin etmiş oldu.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramı çərçivəsində dövlət bölgələrdə çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsinə - yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların tikintisinə və digər layihələrə 6,8 milyard manat həcmində investisiya yatırmışdır.

regional inkişaf

Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırıldı. Bu proqramın həyata keçirilməsinin dörd ili ərzində (2009-2012) regionların inkişafına cəmi 14,5 milyard manat dövlət investisiyası yönəldildi. 2013-cü il üçün isə regionlar üçün ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi və ya 5,3 milyard manat vəsait ayrılmışdır.

Beləliklə, neft gəlirlərinin önəmli hissəsinin bölgələrin inkişafına sərf olunması siyasətinin nəticəsi olaraq ötən 10 il ərzində bu məqsədlə ümumilikdə 27 milyard manata yaxın vəsait ayrılmışdır. Bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı.

Regional inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılması idi.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdi.  Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir.   Regionların inkişafına dair birinci  Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də ikinci konsepsiya - «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.   Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını təmin etmiş oldu.  Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci dövlət proqramı çərçivəsində dövlət bölgələrdə çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsinə - yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların tikintisinə və digər layihələrə 6,8 milyard manat həcmində investisiya yatırmışdır.  Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırıldı. Bu proqramın həyata keçirilməsinin dörd ili ərzində (2009-2012) regionların inkişafına cəmi 14,5 milyard manat dövlət investisiyası yönəldildi. 2013-cü il üçün isə regionlar üçün ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi və ya 5,3 milyard manat vəsait ayrılmışdır.  Beləliklə, neft gəlirlərinin önəmli hissəsinin bölgələrin inkişafına sərf olunması siyasətinin nəticəsi olaraq ötən 10 il ərzində bu məqsədlə ümumilikdə 27 milyard manata yaxın vəsait ayrılmışdır. Bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı.   Regional inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılması idi.  Regionların inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq bölgələrdə kütləvi işsizlik problemi aradan qaldırıldı. Ötən 10 ildə ölkədə açılan 1 milyon 100 mindən çox yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşmüşdür ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarmışdır.  Regionların inkişafına dair birinci dövlət proqramının həyata keçirilməsi dövründə ölkədə açılan 700 minə yaxın yeni iş yerlərinin 70 faizdən çoxu bölgələrin payına düşmüşdü. İkinci dövlət proqramı çərçivəsində 2009-cu ilin yanvarından 2013-cü ilin yanvarına qədər ölkədə  361 mindən çox iş yeri yaradıldı.  Bu iş yerlərinin 68 faizə yaxını bölgələrdə açıldı.  Regionların sosial-iqtisadi inkişafına dair ötən  9 ildə həyata keçirilmiş iki proqram çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan sosial obyektlərin-xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların və s. sayı minlərlədir.  2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilmişdir. Bu müddət ərzində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz edilmişdir. Təkcə 2009-cu ildə regionlarda 62 məktəb binası, 44 səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.  2009-2013-cü illəri əhatə edən ikinci proqram isə daha çox sosial yönümlü oldu. Bu proqram çərçivəsində 2012-ci ilin yekunlarına əsasən,  regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi tikilib istifadəyə verildi. Təkcə 2012-ci ilin 9 ayı ərzində regionlarda 125 məktəb, 8 uşaq bağçası, 14 səhiyyə, 13 mədəniyyət, 16 gənclər və idman obyektinin tikintisi başa çatdı, 24 məktəb, 22 uşaq bağçası, 10-dan çox mədəniyyət, səhiyyə, gənclər və idman obyektində əsaslı təmir işləri yekunlaşdı. 270-dən çox sosial müəssisənin tikintisi isə davam etdirilir.  Regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Təkcə 2009-2012-ci illəri əhatə edən müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.  Regionların inkişafının 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsinin vacib istiqamətlərindən biri də rayon mərkəzlərində, iri qəsəbələrdə və bölgələrdə yerləşən şəhərlərdə kanalizasiya və su xətlərinin çəkilməsinə dair genişmiqyaslı işlərin başlamasıdır.   2012-2013 cü illərdə  Azərbaycan Hökuməti ilə Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri ” layihəsinə dair iki saziş imzalandı. Bu layihələr respublikanın rayonlarında su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasını nəzərdə tutur.  Sözügedən iki layihə üzrə qoyulan sərmayələr 720 mln. ABŞ dolları təşkil edəcək. Hər iki layihə ilə bağlı  hazırda bütün bölgələr üzrə intensiv işlər gedir. Bütövlükdə əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması layihələri üzrə görülən işlər ölkənin 61 şəhər və rayon mərkəzlərində davam edir.  Bu ilin əvvəllərinə qədər regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilmiş və ya, təmir olunmuş 25 su anbarı tikilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir.   Bölgələrin sosial-iqtisadi inkişafında infrastrukturun, o cümlədən yol infrastrukturunun əhəmiyyətini nəzərə alaraq ötən 10 ildə bu sahəyə xüsusi diqqət göstərilmişdir. Regionların inkişafına dair birinci dövlət proqramı çərçivəsində əsas diqqət respublika əhəmiyyətli yolların tikilməsinə və yenidən qurulmasına yönəldilmişdir.  Ölkədə kənd yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər isə əsasən 2009-cu ildən başlanmışdır. Respublika əhəmiyyətli əsas magistral yollarda tikinti işləri böyük ölçüdə yekunlaşdığı üçün kənd yollarının inşasına diqqət artmağa başlamışdı. Həmin ildən etibarən həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisi layihələrinə ayrılan vəsaitlər artırılmışdır.  Təkcə 2012-ci il ərzində kənd yollarını əhatə edən 18 layihə üzrə işlərə başlanılmışdır. 2012-ci ildə başlayan layihələrin həyata keçirilməsi nəticəsində 2013-cü il ərzində 634 km uzunluğunda kənd yollarının, 42 körpünün təmir-tikintisinin başa çatdırılacağı gözlənilir. Bu yollar və körpülər respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirəcək. Bundan əlavə, 2013-cü ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanılması nəzərdə tutulmuşdur.  Bununlada kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər yeni və abad yollardan istifadə edəcək.

Regionların inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq bölgələrdə kütləvi işsizlik problemi aradan qaldırıldı. Ötən 10 ildə ölkədə açılan 1 milyon 100 mindən çox yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşmüşdür ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarmışdır.

Regionların inkişafına dair birinci dövlət proqramının həyata keçirilməsi dövründə ölkədə açılan 700 minə yaxın yeni iş yerlərinin 70 faizdən çoxu bölgələrin payına düşmüşdü. İkinci dövlət proqramı çərçivəsində 2009-cu ilin yanvarından 2013-cü ilin yanvarına qədər ölkədə  361 mindən çox iş yeri yaradıldı.  Bu iş yerlərinin 68 faizə yaxını bölgələrdə açıldı.

regional inkişaf

Regionların sosial-iqtisadi inkişafına dair ötən  9 ildə həyata keçirilmiş iki proqram çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan sosial obyektlərin-xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların və s. sayı minlərlədir.

2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilmişdir. Bu müddət ərzində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz edilmişdir. Təkcə 2009-cu ildə regionlarda 62 məktəb binası, 44 səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

2009-2013-cü illəri əhatə edən ikinci proqram isə daha çox sosial yönümlü oldu. Bu proqram çərçivəsində 2012-ci ilin yekunlarına əsasən,  regionlarda 450-dən çox təhsil, 100-ə qədər səhiyyə müəssisəsi tikilib istifadəyə verildi. Təkcə 2012-ci ilin 9 ayı ərzində regionlarda 125 məktəb, 8 uşaq bağçası, 14 səhiyyə, 13 mədəniyyət, 16 gənclər və idman obyektinin tikintisi başa çatdı, 24 məktəb, 22 uşaq bağçası, 10-dan çox mədəniyyət, səhiyyə, gənclər və idman obyektində əsaslı təmir işləri yekunlaşdı. 270-dən çox sosial müəssisənin tikintisi isə davam etdirilir.

Regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Təkcə 2009-2012-ci illəri əhatə edən müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.

regional inkişaf

Regionların inkişafının 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsinin vacib istiqamətlərindən biri də rayon mərkəzlərində, iri qəsəbələrdə və bölgələrdə yerləşən şəhərlərdə kanalizasiya və su xətlərinin çəkilməsinə dair genişmiqyaslı işlərin başlamasıdır.

2012-2013 cü illərdə  Azərbaycan Hökuməti ilə Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri ” layihəsinə dair iki saziş imzalandı. Bu layihələr respublikanın rayonlarında su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasını nəzərdə tutur.

Sözügedən iki layihə üzrə qoyulan sərmayələr 720 mln. ABŞ dolları təşkil edəcək. Hər iki layihə ilə bağlı  hazırda bütün bölgələr üzrə intensiv işlər gedir. Bütövlükdə əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması layihələri üzrə görülən işlər ölkənin 61 şəhər və rayon mərkəzlərində davam edir.

Bu ilin əvvəllərinə qədər regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilmiş və ya, təmir olunmuş 25 su anbarı tikilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir.

Bölgələrin sosial-iqtisadi inkişafında infrastrukturun, o cümlədən yol infrastrukturunun əhəmiyyətini nəzərə alaraq ötən 10 ildə bu sahəyə xüsusi diqqət göstərilmişdir. Regionların inkişafına dair birinci dövlət proqramı çərçivəsində əsas diqqət respublika əhəmiyyətli yolların tikilməsinə və yenidən qurulmasına yönəldilmişdir.

Ölkədə kənd yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər isə əsasən 2009-cu ildən başlanmışdır. Respublika əhəmiyyətli əsas magistral yollarda tikinti işləri böyük ölçüdə yekunlaşdığı üçün kənd yollarının inşasına diqqət artmağa başlamışdı. Həmin ildən etibarən həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisi layihələrinə ayrılan vəsaitlər artırılmışdır.

Təkcə 2012-ci il ərzində kənd yollarını əhatə edən 18 layihə üzrə işlərə başlanılmışdır. 2012-ci ildə başlayan layihələrin həyata keçirilməsi nəticəsində 2013-cü il ərzində 634 km uzunluğunda kənd yollarının, 42 körpünün təmir-tikintisinin başa çatdırılacağı gözlənilir. Bu yollar və körpülər respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirəcək. Bundan əlavə, 2013-cü ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanılması nəzərdə tutulmuşdur.

Bununlada kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər yeni və abad yollardan istifadə edəcək.