Turizm

Azərbaycan turizm sənayesiAzərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bütün infrastruktur- Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.

Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar işlənmişdir.

Azərbaycan turizm sənayesi

Hüquqi-normativ aktların qəbul edilməsi çərçivəsində «Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün» Dövlət Proqramı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmişdir. Qeyd olunan Proqramın tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı ildən-ilə artmışdır.  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)» turizm sahəsi üzrə Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanmış və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur. «Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı» hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq «Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi» tərəfimizdən hazırlanmışdır.

Azərbaycan turizm sənayesiDünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27-sentyabr «Ümumdünya Turizm Günü» kimi qeyd olunur. Həmin gün «Ümumrespublika Daxili Turizm Konfransları» da keçirilir. Eləcə də, bu müddət ərzində turizm şirkətləri, turist xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın tələbləri çərçivəsində Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turistlərə informasiyaların çatdırılması məqsədilə «Turizm İnformasiya Mərkəzləri» fəaliyyətə başlamışdır. Ötən illərdə, İstanbuldan başlayıb Pekində bitən «İpək Yolunda Velosiped Turu» layihəsinin, Rusiyadan başlayıb Hindistanda bitən «XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması baxımından olduqca səmərəlidir. Ölkədaxilində keçirilən tədbirlər çərçivəsində 2004-cü ildə InWent ixtisasartırma və inkişafa dair beynəlxalq assosasiyası tərəfindən, Cənubi Qafqazda Qorunan ərazilər və turizmin inkişafına həsr olunmuş «Regional inkişaf, konservasiya və sərhədyanı əməkdaşlığın təcrübəsi və perspektivləri» mövzusunda seminar keçirilmişdir .

Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən başlıyaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxılar yayımlanır. «CNN» televiziya kanalı vasitəsi ilə 6 ay, «Euronews» televiziya kanalı vasitəsi ilə 3 ay müddətinə həmin reklam çarxıları yayımlanmışdır. 2007-ci ildən isə «National Geographic», «Travel Channel», «CNN», «Euronews» televiziya kanalların nümayəndələri ilə reklamın davamlı olaraq yayımlanması ilə əlaqədar danışıqlar aparılır. Həmçinin «Austrian Airlines» «British Airways» «AZAL» aviaşirkətlərinə məxsus təyyarələrinin bort jurnalarında və ekranlarında reklam çarxları yerləşdirilmişdir.2006-cı ildə «Cənnət görmək istəyən Azərbaycana gəlsin» şuarı altında «Turizm aləmi» fotomüsabiqəsi keçirilmişdir.

2011-ci il Prezident sərəncamı ilə “Turizm ili” elan olunmuşdur.