Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi

bakı tibilisi qarsBakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi 3 ölkənin - Türkiyə, Azərbaycan və Gürcüstanın birgə layihəsidir. Dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Xəttin çəkilməsinə dair saziş isə həmin ilin fevral ayının 7-də Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin Türkiyənin baş naziri arasında imzalanıb. 

Bakı-Tbilisi-Qars dəmir yolu Bosfor boğazında dəmir yolu tunelinin inşasını, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasının təmin etməsini nəzərdə tutan layihədir. Yəni dəmiryolu xətti vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Rəsmilərə görə, Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycan iqtisadiyyatını daha inkişaf etdirəcək ikinci layihədir.

Belə ki, dəmiryolu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik, etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracağı proqnozlaşdırılır. Yeri gəlmişkən ilk illərdə Azərbaycanın tranzitdən minimal illik gəlirinin 50 mln. dollar olacağı gözlənilir.

bakuDəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti, Türkiyə ərazisindəki 76 kilometrlik hissəsinin tikintisini isə Türkiyənin “Özgün Yapı Çeliklər” şirkəti icra edir.
Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə təkcə yük qatarları deyil, sərnişin qatarları da hərəkət edəcək. Hökümət BTQ dəmir yolu xətti üçün qatarları İspaniyanın “Talgo” şirkətinə sifariş verməyi planlaşdırır(mənbə.APA İA.“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif  Əsgərovun açıqlaması). Artıq bununla bağlı şirkətlə ilkin görüşlər keçirilib.“Talgo” şirkətinin seçilməsinə səbəb kimi isə müəssisənin istehsal etdiyi qatarların təkər oxunun uzunluğunun həm keçmiş SSRİ respublikalarının, həm də müasir Qərb standartlarına uyğun dəyişə bilməsi gətirilir.. Belə ki, keçmiş SSRİ məkanında təkər oxunun uzunluğu 1520 mm, Avropa standartlarında isə 1435 mm-dir. Bu şirkətin istehsal etdiyi qatar relslərini dəyişəndə təkər oxu avtomatik olaraq uzanıb-qısala bilir.

Layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyə Respublikalarının maliyyə vəsaitləri hesabına həyata keçirilir. Gürcüstan Azərbaycandan aldığı kredit hesabina layihənin xərclərini ödəyir. Ölkə prezidentinin 21 fevral 2007-ci il 1974 saylı fərmanına uyğun Azərbaycan Respublikası hökuməti adından kreditləşmənin təşkilini və bank xidmətinin həyata keçirilməsini agent bank kimi "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti icra edir.Dövlət Neft Fondu 2007-ci ildən Bakı-Tbilisi-Qars (BTQ)   dəmiryolu layihəsinə vəsait ayırır. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası isə qeyd etdiyimiz kimi Azərbaycan dövlətinin ayırdığı sözügedən kreditin və Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilir.

Yaxın vaxtlarda tikintinin tam başa çatması gözlənilir.