I Avropa Olimpiya Oyunları

olimpia2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan Avropa ölkələri arasında tarixdə ilk Olimpiya oyunları. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilir.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin (C.O.N.I.) qərargahında, "Foro italiko" stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevın sözlərinə görə, Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsi 2013-cü ilin əvvəlində yaradılacaq. İlk olaraq Azərbaycan Respublikası və Avropa olimpiya komitəsi arasında yüksək səviyyədə danışıqların aparılması planlaşdırılır.

Avropa olimpiya komitəsinin prezidenti Patrik Hikkinın sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunlarının təşkilatında müxtəlif idman yarışlarının və tədbirlərin hazırlanmasında ixtisaslaşmış PMP Legacy şirkətinin əməkdaşları iştirak edəcək. Adıçəkilən şirkət Londonda keçirilmiş 2012 Yay Olimpiya Oyunlarının təşkilində də iştirak edib. Patrik Hikki çıxışında qeyd edir:

"Biz Avropanın idman tarixində ən böyük hadisələrdən birinin başlanğıcında dayanmışıq! Mən fəxrlə bildirirəm: ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Çoxdan gözlədiyimiz uşağımız, nəhayət doğuldu! Və indi biz böyük qayğı ilə ona baxacağıq, böyüdüb, tərbiyə verəcəyik ki, gözəl Bakı şəhərində hər şey ən yüksək səviyyədə keçirilsin. Ən əsası odur ki, bu yalnız başlanğıc olsun – Avropa Oyunlarının uzunömürlü, dolğun və parlaq həyatında! Biz hətta, adətən Olimpiya oyunlarının paytaxt seçimi üçün keçirilən yarışma təşkil etməmişik. Biz Azərbaycan Milli Olimpiya Komitəsinə, Avropa Oyunlarının keçirilməsi haqda sualı müzakirə etmək təklifi ilə müraciət etdik – çünki bilirdik ki, Azərbaycanın idman rəhbərləri və dövlət genişmiqyaslı yarışların təşkilatında maraqlıdır. Və iki böyük təşkilat gözəl birlik qura bildi"

Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.

İki qeyri-olimpiya idman növündən biri, çox güman ki karate olacaq. Karate idman növünün də Avropa Oyunlarına salınmasını Azərbaycan təklif edib. Dekabrın ortalarına qədər su idman növləri federasiyaları oyunlarda iştirakları ilə bağlı cavab verməlidirlər. İkinci qeyri-olimpliya idman növünün idman rəqslərinin olacağı gözlənilir. Avropa Oyunlarının dəqiq proqramı 2014-cü ilin martında məlum olacaq.

İlk Avropa Oyunlarında Avropanın 49 ölkəsindən 7-15 min idmançının iştirak edəcəyi gözlənilir.

2015 Avropa Oyunlarının rəsmi açılış mərasiminin 65 000 tamaşaçı yeri olacaq Böyükşor gölünün yanında inşa edilən Bakı Olimpiya Stadionunda keçirilməsi gözlənilir. Stadionun açılışı 2015-ci ildə baş tutacaq.