Azərbaycan iqtisadiyyatı son 10 ildə

Son on il - 2003-2013-cü illər Azərbaycan iqtisadiyyatı üçün yaddaqalan olub, Azərbaycan tarixində son 10 ildə əldə edilən iqtisadi artım əvvəlki tarixlərdə belə qeydə alınmayıb. Son 10 ildə ÜDM 16 dəfə artmışdır. Adambaşına düşən ÜDM son on ildə 10 dəfəyə yaxın artıb və digər makroiqtisadi göstəricilərdə də artım qeydə alınıb. Son 10 ilin özünü makroiqtisadi artım aspektindən qiymətləndirsək, son 5 ilin özündə də fərqli tendensiya müşahidə olunub. Son 5 ildə həm  iqtisadi artım, həm də eyni zamanda iqtisadiyyatın şaxələnməsi özünü göstərir. Baxmayaq ki, 2010-cu ildən neft sektorunda azalma müşahidə edilsə də bu azalmalar ÜDM-dəki artım tempinin qarşısını ala bilməyib. Bu da onunla bağlı olub ki, qeyri-neft sektorunda 2010-cu ildən başlayaraq kəskin artımlar olub ki, bu da məhz ÜDM-dəki ümumi artım tempini qoruyub saxlayıb.

Son illər nəzərə alsaq ki, qeyri-neft sektorundakı artım tempi təxminən 10 dəfəyə yaxın  olub ki, bu da qeyri-neft  sektorundakı artıma görə digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur.  Bu da iqtisadiyyatın dayanıqlığı baxımından olduqca əhəmiyyətlidir. Bu eyni zamanda ÜDM-də qeyri neft sektorunun payının 56 faizə yüksəlməsinə gətirib çıxarıb. Bu neft sektorundan asılılığın aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir. Bütövlükdə son 10 ili birinci və ikinci beş illiklərə kimi qiymətləndirmək daha düzgün olar.

Birinci beş ildə məhz neft sektorundakı inkişaf və neft gəlirlərindən əldə edilən vəsait hesabına iqtisadi artımın təmin edilməsi kimi xarakterizə etmək olar.  İkinci beşillik isə daha çox iqtisadiyyatda şaxələnmənin aparılması üçün qeyri-neft sektorunun dəstəklənmməsi aspektindən qiymətləndirilə bilər. Bütövlükdə bu 10 ilin yekunları ondan ibarətdir ki, iqtisadiyyatda şaxələnmə meylləri var. O, qeyd edib ki, 2012-ci ildə son onillikdə ilk dəfə olaraq ixracatda qeyri - neft sektorunun payı artıq ikirəqəmli olub ki, məhz ixracatda neft sektorundan asılılığın xeyli dərəcədə azalmasından xəbər verir.

Son illər ÜDM-də, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektorunun payında son illlər artım var. Bu baxımdan ikinci beşillik iqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri neft sektorundakı artım hesabına iqtisadi artımdakı dayanıqlalığın qorunması illəri kimi xarakterizə edilə bilər.

Əlbəttə ki, bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq.

Azərbaycan hökumətinin iqtisadi inkişafın yeni mərhələsində həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasətin əsas bazislərindən biridir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, xüsusilə də, müəssisə və təşkilatlarda işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təxirə salınmaz tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi sosial-iqtisadi siyasətin güclənməsi Azərbaycanda vətəndaşların yaşayış imkanlarının yaxşılaşmasına səbəb olmaqdadır. Son illərdə respublikamızda sürətlənən inkişaf dinamikası sosial sahədə özünü daha nəzərəçarpacaq şəkildə göstərir və ötən dövr ərzində iqtisadiyyatın  bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib. İqtisadi və sosial sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqının artması sosial sahədə çalışanların vəziyyətinin daha da yaxşılaşmasına səbəb olub. Sosial islahatların miqyasının daha da genişlənməsi, ilk növbədə, əhalinin rifah halının yaxşılaşmasında öz təsirli nəticələrini göstəməkdədir. Ümumiyyətlə, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Belə ki, 2003-2013-cü (yanvar ayına olan statistika) illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 35  milyard manata qədər artıb. Bu, 8 dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əmək haqları isə 5 dəfədən çox artıb. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib.

Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir.Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır. Sosial rifah çoxkomponentli məzmun daşımaqla həm də formaca genişspektrlidir. Sosial yüksəlişin təkanverici faktoru kimi liberal islahatların məqsədyönlülüyünü və azad rəqabət şəraitində ölkədəki yaşayış imkanlarını yaxşılaşdıran sosial qrupların gəlir əldə etmək münasibliyini də xüsusi olaraq nəzərə almaq gərəkdir. Bu isə nəticə etibarilə yaxşı yaşayışın simvollarından biri olan orta təbəqənin formalaşması ilə sıx bağlıdır.

2003-2013-ci illər Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər. 2003-cü ildən başlayaraq iqtisadiyyatdı yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyillərini daha da sürətləndirdi, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ümumiyyətlə, Prezident İlham Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və dövlət başçısı buna ötən illərin güclü sosial müdafiə konsepsiyasının uğurlu nəticələri ilə nail oduğunu təsdiq etmiş olur.

Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eyni zamanda, qaçqın və məcburi köçkünlərlə bağlı siyasət Azərbaycan dövlətinin ali-strateji məqsədlərindən biridir. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışının, həyat şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir.

Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Sosial siyasət paralel olaraq  dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması ilə davam etdirilir. Bu siyasətin təzahürü 2013-cü ildə də özünü göstərməkdədir və yeni ildən yaşayış minimumunun, ehtiyac meyarının həddinin, əmək pensiyalarının sığorta hissəsinin artırılması bunun real təsdiqidir. 2013-cü ildən yaşayış minimumu ölkə üzrə 116 manat, ehtiyac meyarının həddi isə 93 manat məbləğində müəyyən olunub. Əmək pensiyalarının sığorta hissəsinin artırılması sayəsində orta pensiya məbləği təxminən, 15 faiz artmış olacaq.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətləri davamlı olaraq ölkəmizin maliyyə imkanlarının artması fonunda bütün sosial kateqoriyaların əməkhaqqı, müavinət və təqaüdlərinin artırılmasından ibarətdir. Bu sosial siyasətin təntənəsi modernləşmə modelinin alt qatını təşkil edir. Sosioiqtisadi modernləşmə prosesi həyatın bütün sahələrini əhatə etdiyi üçün onun əhatə dairəsi kompleks xarakter daşıyır və innovasiya təyinatlı iqtisadi strukturun formalaşması bütün siyasi-iqtisadi-sosial sferalarda təşəkkül tapacaq.