Xocalıya ədalət

xocalıya ədalət“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq məlumat və təşviqat kampaniyası,  İslam Konfransı Təşkilatına üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin  ilin may ayının 8-də  elan edilmişdir.

1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin təfərrüatının ictimaiyyətə çatdırılması, ona hüquqi-siyasi və mənəvi qiymət verilməsi üçün Xocalı soyqırımı ilə bağı həqiqətlərin təbliği məqsədi daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı dünyanın müxtəlif paytaxtlarında keçirilmişdir.

2009-cu ilin fevralından başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müxtəlif tədbirlər həyata kecirilir.

“Xocalıya ədalət” kampaniyasının virtual aləmdə yayılması, kampaniyanın həyata keçirilməsinin sistemləşdirilməsi və geniş ictimai iştirak məqsədilə www.justiceforkhojaly.org saytı yaradılmışdır.

Kompaniya çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə rəsmi səviyyədə tanıdılması istiqamətində əsaslı işlər aparılmışdır. Pakistan, Meksika və Kolumbiya dövlətləri Xocalı qətliamını soyqırım aktı kimi tanımışlar. Çexiya Respublikası, Serbiya, həmçinin ABŞ-ın Qərbi Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tennesi və  Konnektikut ştatlarının qanunvericilik orqanlarında müvafiq qətnamələr qəbul edilmişdir.