İdman

Azərbaycanda OlimpiyaÜmummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır.

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1993-cü ildə tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Barselona Olmpiya Oyunlarında Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi.

1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana,  Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq Bakıya gəldilər.

1992-1997-ci illərdə Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsi Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı hadisələr hesab oluna bilər. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis «Bədən tərbiyəsi və idman haqqında» qanun qəbul etmişdir (23.XII.1997)

1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu.

2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.Azərbaycanda Olimpiya

2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya oyunlarında idman tariximizdə ilk dəfə olaraq 5 medal qazandıq. Bütün bunlar İlham Əliyev cənablarının təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 1996-cı ilin fevralında yaranmışdır. İlk dəfə azərbaycanlı paralimpiyaçılar X Yay Paralimpiya Oyunlarında iştirak etmişlər. 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev dünya standartlarına uyğun təlim-məşq bazasının tikilməsinə sərəncam vermişdir. 2000-ci və 2004-cü il XI və XII Yay Paralimpiya oyunları Azərbaycan idmançıları üçün uğurla başa çatmışdır.

2005-ci il 10 oktyabr tarixli Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı haqqında imzalamış fərmanlar son 9 ildə Respublikamızda bütün idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür.

Azərbaycanda 64 idman növü üzrə baza vardır. Respublikada 53 idman Federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 30 olimpiya komitəsi, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hal-hazırda Azərbaycanda 365 min nəfərdən çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan Azərbaycan idmançıları 945 medal qazanmışlar.

Azərbaycanda Olimpiya2008-ci ildə Çində keçirilən Olimpiya oyunlarında Azərbaycan 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışdır. 2008-ci il XIII Yay Paralimpiya Oyunlarında isə Azərbaycan idmançıları ölkəyə 10 medal ilə geri dönmüşlər. 

Azərbaycan 27 iyul - 12 avqust 2012-ci il tarixləri arasında Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 16 idman növündə təmsil olunmuş, 10 müxtəlif əyarlı medal qazanmışdır. 2012-ci il XIV Yay Paralimpiya oyunlarında isə idmançılarımız xüsusilə fərqlənmiş, müxtəlif əyarlı 12 medalla Azərbaycan 166 ölkə arasında 27 ci yeri tutmuşdur.

Ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olmuşdur. 2015-ci ildə isə Bakı ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək.