Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

12.01.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Görüşdə Azərbaycanda gedən proseslər, siyasi, iqtisadi, humanitar və digər sahələrdə həyata keçirilən islahatlar və bu istiqamətdə atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparıldı.