Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Münaqişənin tarixi

Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Qədim mənbələrə görə, Albaniyanın etnik tərkibi yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən ibarət idi. Albaniya zəngin və nadir mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi fəaliyyətə başladı. Gərgin və mürəkkəb şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini erməni qriqorian kilsəsindən asılı vəziyyətə saldı.

Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri tərəfindən idarə edilən dövlətin bir hissəsi olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.

18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin başçılıq etdiyi Qarabağ xanlığının yaranması ilə əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar üstünlük təşkil edirdi.

Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq Rusiya İmperiyasının hökmranlığı altına keçməyə məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya İmperiyası ərazi üzərində öz nəzarətini yaratmaq və gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə "ayır-buyur" siyasətini həyata keçirməyə başladı. İrandan və Osmanlı İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirildi. Təkcə 1828-1830-cu illər ərzində İrandan 40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.

1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (İrəvan xanlığı və Naxçıvan xanlığı) ərazisində erməni vilayəti yaradıldı. Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı. 1836-cı ildə Rusiya çarı tərəfindən alban kilsəsinin ləğv olunması alban əhalisinin qəti şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.

29 may – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan Respublikasının hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə getdi.

Ermənistan tərəfindən daşnaq hökümətinin baş nazirinin imzaladığı müqaviləyə əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Təbii ki, Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olaraq qaldı.

1918-ci ilin iyun-iyul aylarında Sülh və mehriban qonşuluq münasibətlərinə dair razılaşmanın əksinə olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: "Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin".

Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.

1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması" haqqında fərmanı qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət verilmədi.

1948-1953 illərdə Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.

1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı.

Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.

1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.

1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.

1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və Qarabağ müharibəsi başlandı.

 

 

 

 

Facebook