Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlə VİDEOMÜSAHİBƏ

 

 

Bir gün də olsa, dərsə davamiyyətini itirməyib. Üstəlik, müəllimlərinin verdikləri bütün tapşırıqları vaxtında və keyfiyyətlə hazırlayıb. Söhbət bu il buraxılış imtahanlarında ən yüksək bal toplayan Xırdalan şəhər sakini Balaqız Orucovadan gedir.

Baku TV xəbər verir ki, buraxılış imtahanında Abşeron rayonu Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu toplana biləcək maksimal nəticəni, yəni 300 balı toplayıb.

O, pandemiya dövründə çətinlik çəksə də, bu uğuruna olan sevincini bizimlə bölüşüb.

Müəllimləri deyir ki, Balaqız təhsil aldığı 11 il ərzində bir gün də olsa, dərsə davamiyyətini itirməyib. 

Buraxılış imtahanında ən yüksək nəticəni göstərən B.Orucova qəbul imtahanında da yüksək bal toplayacağına inanır. Artıq uşaqlıqdan arzusunda olduğu ali məktəbi də müəyyənləşdirib.

 

2020-08-12 / 13:57
Facebook