Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi (FOTO)

 

 

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi (FOTO)

Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.

O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib:

"Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib".
2020-08-06 / 09:55
Facebook