Amerikalı yəhudilər Los-Ancelesdə azərbaycanlılara qarşı törədilən vəhşilikləri pislədi

 

 

Amerikalı yəhudilər Los-Ancelesdə azərbaycanlılara qarşı törədilən vəhşilikləri pislədi

Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, açıqlamada ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib.

Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qaşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib.

Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq-mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Los-Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.

2020-07-28 / 14:20
Facebook