Müttəfiqləri Ermənistanı dəstəkləmədi – KTMT-nın iclası təxirə salındı

 

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Aleksandr Zasın təşəbbüsü ilə qurumun Daimi Şurasının keçirilməli olan təcili iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azadlıq Radiosunun erməni bölməsinə açıqlamasında KTMT-nın baş katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, iclas tərəflər arasında məsləhətləşmələr səbəbindən təxirə salınıb. O, həmçinin qeyd edib ki, müzakirələrin hansı formatda keçriilməli olduğu dəqiqləşdirilməlidir.

Zaynetdinov kimin təşəbbüsü ilə iclasın təxirə salındığını açıqlamayıb.

Qeyd edək ki, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nın üzvlərdir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri (KTMT) Stansilav Zasla Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edib.

Ermənistan XİN-dən, həmçinin bildirilib ki, KTMT sədri ilə daima əlaqə saxlanılır və qurum daxilində işlər aparılır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

 
2020-07-13 / 18:21
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9915
Facebook