Evdə müalicə alan koronavirus xəstələrinin sayı açıqlandı - RƏSMİ

 

“Bakı şəhəri üzrə evdə müalicə alan 10 min 202 xəstə var”.

 Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, xəstələrin ev şəraitində müalicəsinə artıq iki həftədir başlanılıb:

 

“Səhiyyənin üzərinə düşən yük çox oldu. Regionlarla yanaşı, Bakıda da yoluxma sayı çoxdur. Bu səbəbdən xəstəxanaların yükünün azaldılması məqsədilə yüngül simptomlu xəstələrin ev şəraitində müalicələrinə başlanılıb. Onlar arasında yüngül, nəticəsi neqativ olsa da, COVID xəstəsi ilə ünsiyyətdə olanlar var. 

Hələlik regionlarda bu üsulun tətbiqinə gərək yoxdur. Əgər ehtiyac olarsa, regionlarda da bu məsələyə baxıla bilər”.

2020-07-10 / 18:21
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9915
Facebook