Cavid Paşayevin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb.
 
Həkim Cavid Paşayevin qardaşı Elvin Paşayev ailəsi adından Mehriban Əliyevaya təşəkkür edib:
 
"Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva qardaşım Cavid Paşayevin səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Buna görə ailəmiz adından Mehriban xanıma təşəkkür edirik".
2020-07-09 / 17:53
Facebook