Mərkəzi Gömrük Hospitalı koronavirusa yoluxan həkim Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.
Hospitaldan verilən məlumatda bildirilir ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır: "Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.