Rusiya koronavirus üçün dərman ixracına başlayıb

 

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

Bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq.

Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır.

Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan əvvəl bu preparat Ebolanın müalicəsi üçün istifadə olunub.
2020-07-02 / 22:14
Facebook