Hikmət Hacıyev: Xüsusi karantin rejimi uzadıla bilər

 

Azərbaycanda 24 saat ərzində koronavirusla bağlı məsələlər nəzarətdə saxlanılır, zəruri tapşırıqlar verilir və tədbirlər görülür.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Babaoğlu bildirib ki, hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir. O qeyd edib ki, xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı fikirlər var.

H.Hacıyev qeyd edib ki, ev şəraitində müalicə olunan şəxslərə də dəstək göstərilməsi nəzərdən keçirilir.

PA rəsmisi əlavə edib ki, koronavirus dünya miqyasında çox böyük sosial, iqtisadi və digər problemlərə yol açır.

O bildirib ki, koronavirus dünyada problemləri daha da ağırlaşdırır, çətinləşdirir: “Dünya miqyasında kornavirus müharibə kimi qəbul olunmalıdır. Koronavirus tam aradan qalxmayınca bu təhlükəni hiss edəcəyik”.

2020-06-30 / 19:14
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.932
Facebook