Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir

 

Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

Həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçirlər.

Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan Azərbaycana iyun ayının 23-də 250 nəfər azərbaycanlı gətirilib.

2020-06-30 / 12:05
Facebook