Gənclər Asəf Zeynallının məzarına gedib, oranı təmizlədilər - FOTO

 

Bir qrup gənc bu gün görkəmli bəstəkar Asəf Zeynallının məzarını ziyarət edib.
 
Gənclər baxımsız vəziyyətdə olan məzarı təmizləyiblər.
 
Dirijor Mustafa  Mehmandarov bu haqda deyib: Bu səhər görkəmli bəstəkarımız Asəf Zeynallının qəbrini ziyarət etdik. Bir qrup gənc musiqiçi həmkarımla bərabər məzar ətrafında təmizlik işləri gördük. Hər halda, məzarın bundan öncə olan vəziyyətini azda olsa dəyişə bildik. Bütün dostlara öz təşəkkürümü bildirirəm. Gələcəkdə daha da diqqətli olmaq ümidi ilə.
 
Həmin fotoları təqdim edirik:
2020-06-02 / 14:19
Facebook