Ramin Bayramlı: Həftə sonları xüsusi karantin rejimi tətbiq edilə bilər

 

Həftənin şənbə və bazar günlərində xüsusi karantin rejiminin tətbiq edilməsi mümkün ola bilər.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bununa bağlı xüsusi alqoritmlər də var: "Epidemioloji vəziyyətdən asılı olaraq, növbəti günlərdə həftə sonları və iyun ayında olacaq bayram günləri ərzində ümumi qapanışa gedə bilərik".
2020-05-29 / 20:05
Facebook