Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur

 

"Karantin rejimində tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, qanunda müəyyən olunmuş hallarda maska taxmayanlarla bağlı cəzanın müddəti və məbləği bəlli deyil: "Bu məsələ hazırda Milli Məclisdə baxılır, qanun qəbul edildikdən sonra tətbiqinə başlanılacaq. Cərimələnmələri karantin qaydalarına nəzarət edən qurumlar yaza biləcək. Maska taxmayanlarla bağlı İnzibati Xətalar Məcəlləsində öz əksini tapacaq. 

Qurum rəsmisi əlavə edib ki, hansı rayonda yoluxma artarsa, həmin rayonda giriş-çıxış qapadıla və daha güclü karantin rejimi tətbiq edilə bilər. 
2020-05-29 / 19:23
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9171
Facebook