Ermənilər İsrailin Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyasına başlayıblar

 

Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı qarayaxma kampaniyasına başlayıb.

Komitənin “Twitter” səhifəsində səfirlə bağlı təxribat xarakterli məlumatlar yayılıb.

Komitə üzvləri, ABŞ-dakı erməni lobbisinin fəalları və onları dəstəkləyənlər isə paylaşımın altında C.Diki təhqir edən şərhlər yazırlar. 

Ermənilərin qarayaxma kampaniyasına başlamasına C.Dikin “Twitter”də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazması səbəb olub. İsrailli diplomat yazıb: “Mənim dostum səfir Elin Süleymanov İsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”.

İsrailin 36 yaşlı diplomatının bu sözləri amerikalı ermənilərin qəzəbinə səbəb olub. İş o həddə çatıb ki, Amerikanın Erməni Milli Komitəsinin rəsmi “Twitter” səhifəsində bununla bağlı tvit paylaşılıb:

“İsrailin Azərbaycandakı səfiri xristian ərəb olan Corc Dik Artsax və Ermənistan xristianlarına qarşı yüzillik Azərbaycan irqçiliyi, dözümsüzlüyü, şiddəti və müharibənin görməzdən gələrək Bakının “nifrəti qəbuledilməz” saymağını yüksək qiymətləndirib”.

Bununla belə, komitənin paylaşımını tənqid edən də olub. Belə ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis, amerikalı İrina Tsukerman paylaşımın altında belə yazıb:

“Yəni bütün xristianlar Ermənistanın təbliğat və rəsmi siyasətini izləməlidirlər? O, Ermənistanın antisemitizm, irqçilik və etnik təmizləmə tarixini də görməzdən gələ bilərmi? Yeri gəlmişkən, niyə paylaşımınızda anti-İsrail rəylərinə qarşı belə dözümlülük sərgiləyirsiniz?”.  

2020-05-23 / 19:36
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook