Azərbaycan nefti bahalaşıb

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 36,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,35 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 34,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,9 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 34,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel çoxdur.

2020-05-19 / 12:02
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook