Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi

 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə ittiham olunur.

2020-05-16 / 11:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook