ABŞ-da koronavirusdan ölüm sayı Vyetnam müharibəsindəki itkiləri keçdi

 

ABŞ-da yeni növ koronavirus nəticəsində ölənlərin sayının Vyetnam müharibəsində ölən amerikalıların sayından çox olduğu bildirilir.

Con Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, koronavirusun yeni növü ABŞ-ın Vyetnam müharibəsində verdiyindən daha çox itkiyə səbəb olub.

ABŞ-ın Milli Arxiv qeydlərinə görə, Vyetnam müharibəsində ölən amerikalıların sayı 58 200 nəfər olub.

ABŞ-da koronavirusdan ölüm sayı 100 min nəfərə 17,6 nisbətindədir. Bu göstərici Vyetnam müharibəsinin ən gərgin olduğu 1968-ci ildə 100 min nəfərə 8,5 ABŞ əsgəri olub.

Qeyd edək ki, ABŞ-da koronavirusdan 59 266 nəfər ölüb. Virusa yoluxanlar isə 1 035 765 nəfərdir.

2020-04-29 / 11:09
Facebook