İtaliyada koronavirusdan ölənlərin sayı 20 minə yaxınlaşdı

 

İtaliyada yeni tip koronavirusun (COVİD-19) fəsadları davam edir.

Son sutkada virusdan ölənlərin sayı 431 nəfər artaraq 19 899-a çatıb.

Gün ərzində 4 092 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Ölkədə üumi yoluxma sayı 156 363 nəfərdir.

2020-04-12 / 22:10
Facebook