Xüsusi karantin rejiminin pozan 9959 nəfər inzibati məsuliyyətə cəlb edilib

Aprelin 1-dən xüsusi karantin rejiminin pozan 9959 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə təkcə bir sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

2020-04-09 / 11:20
Facebook