Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək

 

Türkiyənin Ege Universiteti bu ölkədə işləyən azərbaycanlı həkim və tibb işçilərinə koronavirusla əlaqədar təlim keçəcək.

Bunu universitetin rektoru Necdet Budak deyib.

Rektor bildirib ki, təlimlər Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında keçiriləcək:

“Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcək. Təlimdən sonra həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək”.
2020-04-01 / 13:32
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9044
Facebook