Milli Məclis büdcəyə yenidən baxacaq

 

Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə yenidən baxacaq.

Parlamentin yaz sessiyasında büdcəyə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Deputatlar, həmçinin, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara nəzərdə tutulan dəyişiklikləri də müzakirə edəcəklər.

Qeyd edək ki, martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışıb.

Ölkə başçısı deyib ki, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır.

Dövlət başçısı söyləyib ki, ilk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - deyə İlham Əliyev bildirib.

2020-04-01 / 11:21
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9044
Facebook