Türkiyədə koronavirus dəhşəti davam edir: 1815 yeni yoluxma, 23 yeni ölüm

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.  

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.  

“Twitter”də paylaşım edən nazir bildirib ki, son sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən ölüb. Beləliklə, ümumi ölənlərin sayı 131 olub. 

9982 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 9217-ə çatıb. 

Ölkədə indiyədək yoluxanlardan 568 xəstə ağır vəziyyətdədir, 105 xəstə isə sağalıb. 

2020-03-29 / 21:40
Facebook